Səhiyyə 12.02.2020 20:20

Bunları bilirsinizmi?

Təyyarədə uçuş zamanı əksər insanların qulağında küy, uğultu, ağrı yaranır.

Rakus.az xəbər verir ki, bəzən bu hal uzun müddət davam edir.

Bəs bu hansı səbəblərən yaranır? Belə hallarda nə etmək lazımdır?

Yay mövsümü yaxınlaşdıqca, insanların  digər ölkələrə səyahət etmək, dünyanı gəzmək arzusu artır. Uzaq məkana üz tutanlar adətən təyyarəyə minərək bəyəndiyi ölkəyə getmək istəyini reallaşır.

Belə tip gəzintinin mənfi tərəfi də az deyil, çünki təyyarənin qalxması və enməsi bəzən qulaqda dəhşətli ağrı ilə müşayiət olunur. Bu azmış kimi hətta üz tutduğu ölkədə belə qulağın tutulması üzündən rahat gəzə bilmir, ətrafdakıları eşitmir. Qulaq tutulması xeyli diskomfort yaradır. Geri dönəndə də sərnişin eyni hisləri keçirir, qulaq tutulur, ağrı baş qaldırır.

Problemin yaranma səbəbləri

Bir neçə əsas səbəbi göstərmək olar. Ağrı əsasən ətraf mühit və daxili qulaq arasında yaranan təzyiq fərqindən qaynaqlanır. Adi həyatda belə bir fərq yaranmır, hətta hər hansı bir yüksəkliyə qalxmağa qərar verən şəxsdə də belə problem olmur, çünki proses tədricən baş verir. Deməli, orqanizm şəraitə uyğunlaşa bilir.

Təyyarənin yerdən qalxması və yerə enməsi zaman bu fərq kəskin formada yaranır, adaptasiya baş vermir və ya gecikir. Orta qulaq təzyiq fərqi nəticəsində öz həcmini dəyişməklə ağrıya səbəb olur. Bu isə öz növbəsində yevstax borusunda baş verən təzyiq fərqindən irəli gəlir.

Burun travması nəticəsində meydana gəlmiş burun arakəsməsinin əyriliyi də bu orta qulaq həcminin pozulmasına səbəb olan faktorlardan biridir. Əyriliyi cərrahi yolla aradan qaldırmaq olar, amma bunun üçün həkimə müraciət edib dəqiq diaqnoz qoyulmalıdır. Həkimə getməyi o qədər də sevməyən, yalnız son məqamda çarəsizlikdən yönlənən insanlar bəlkə də bu kimi kiçik problemə görə tibb müəssisəsinə getməzlər.

Ağrını gücləndirən faktorlar

Orta qulaq havalanmasının pozulması ilə yaşayan insanlar təzyiq fərqinə məruz qaldıqda  (hava yoluculuğu, suya dalma kimi durumlarda) güclü ağrıdan şikayət edə bilərlər. Bəzən ağırın gücləndirən səbəblərə də rast gəlinir. Məsələn, yevstax borunun kiçik ölçülü olması, zökəm və ya soyuqdəymə, sinusitlər, allergik rinitlər, otitlər və orta qulaqdakı infeksiyalar ağrını artıra bilər.Özü də orta qulağın zədəsi xronik xəstəliklərin, yəni tinnitus və eşitmənin zəifləməsini kəskinləşdirə bilər.

Nə etməli?

Bəzi kiçik tövsiyələrə əməl etmək problemi xeyli yüngülləşdirər.

İlk növbədə əsnəmək və ya udqunmaq işə yardımçı olar, çünki yevstax borunun açılmasına və havanın daxili orqanlara hərəkətinə zəmin yaradar. Əgər təyyarənin yerə enməsindən sonra da qulaqların tıxanması müşahidə olunursa, deməli tez-tez udqunmağa ehtiyac var.

Sorma konfet və ya saqqızdan istifadə də eyni effekti verə bilər. Çünki istər-istəməz udqunmaq lazım gəlir. Ağrıdan əziyyət çəkən bəzi sərnişinlər özləri ilə salona daim belə vasitələrdən gətirirlər.

Barmaqlarla burnu sıxaraq yanaqları şişirib nəfəsi qulaqlara doğru verməni cəhd etmək gərəkdir. Bu halda daxili qulaqda təzyiq normallaşa bilər.

Bu metoddan soyuqdəymə zamanı istifadə etmək qəti qadağandır, çünki burundakı infeksiyanı orta qulağa ötürmək təhlükəsi var. Ürək-damar xəstəliklərindən, yüksək arterial təzyiqdən əziyyət çəkən insanlara məsləhətli deyil. Bu kimi şikayətə qatlanan, həkimə müraciət etməyən pasiyentlər bəzən qulaqdakı ağrının səbəbini bu qədər kiçik problemə bağlı olduğunu bilmədikləri üçün əziyyət çəkməkdə davam edirlər.

Müayinədən keçin

Qulaqdakı ağrının səbəbini dəqiq bilmək üçün mütləq həkim müayinəsinə ehtiyac var. Əgər kimsə peşəsi ilə bağlı zamanın çoxunu təyyarədə keçirirsə, bu həyat əhəmiyyətli bir məsələyə çevrilir. Dözülməz ağrı ilə daim yaşamaqdansa, məsələnin kökünü mütəxəssislə araşdırıb, müalicə təyin etmək daha düzgün olardı.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO