Bunları bilirsinizmi?
Onurğa əyriliyi formalarından biri də kifozdur.
Rakus.az xəbər verir ki, kifoz onurğanın döş nahiyəsində önə doğru əyilməsidir. Kifoz qozbelliyin əmələ gəlməsinə səbəb olur.
Donqar durmaq, yüngül kürək ağrıları, onurğada tutulmalar, ağrı, yorğunluq kifoz zamanı əsas əlamətlərdən sayılır.
Önə əyilmə testi vasitəsilə kifozu təyin etmək mümkündür. Önə əyildikdən sonra yandan onurğaya baxılır. Əgər kifoz varsa kürəyin üst hissəsi şiş görünür. Eyni zamanda rentgen vasitəsilə də kifozu təyin etmək və onun dərəcəsində öyrənmək olar.
Əyrilik dərəcəsi 50° və ya daha çox olan uşaqlarda böyümə ilə əlaqədar bu dərəcə arta bilər. Uşaqlarda korset müalicəsi ilə xəstəliyin irəliləməsinin qarşısını almaq olar. Böyümə mərhələsinin sonuna qədər korset müalicəsinə davam edilir. Həkim müayinəsi mütləqdir. Müalicələr isə müayinə sonrası təyin olunmuş müalicə planına əsasən aparılır.