Bunları bilirsinizmi?
İsti havalarda orqanizmdə bir çox problemlər yaranır.
Rakus.az xəbər verir ki, burun qanaxması yayda daha çox rast gəlinən hal sayılır.
Burun qanaxması bir çox səbəblərdən yarana bilər. LOR həkim səbəblər arasında zədələnmə, qan laxtalanmasının pozulması, hipertoniya və digər xəstəlikləri açıqlayıb. Onun sözlərinə görə, qanaxma güclü fiziki gərginlikdən sonra da baş verə bilər.
Qanama baş verən zaman zərərçəkmiş oturdulmalı, başı qabağa əyilməli, burun pərləri 10-15 dəqiqə burun çəpərinə sıxılmalıdır. Burunda yad cisim olub-olmadığı müəyyənləşdirilməlidir.
Burnun üstünə və alına buz qoyulur. Burun keçəcəyinə hemostatik süngər və ya tənzif tampon qoyulur. Qanaxma zamanı uzanmaq və danışmaq olmaz. Qanaxma dayandıqdan dərhal sonra burun nahiyəsinə əl vurmaq və burnu silmək olmaz.