Bunları bilirsinizmi?
Böyüklər kimi uşaqlarda da baş ağrısı şikayətlərinə tez-tez rast gəlinir.
Rakus.az xəbər verir ki, uşaqlarda baş ağrısı həssas mövzulardan biridir. Xüsusilə 6-7 yaşlı və ondan kiçik olan uşaqlarda olan baş ağrıları mütləq ciddiyə alınmalıdır. Onun sözlərinə görə, uşaqlarda yaranan baş ağrıları hər zaman birincili səbəblə bağlı olmur. Baş ağrıları gərginliklə, miqrenlə də bağlı ola bilər. Ya da dərs sıxıntıları ilə bağlı bəzən uşaqlar “başım ağrıyır”, deyə yalan da söyləyə bilərlər. Təəssüf ki, əksər hallarda uşaqların baş ağrılarına əhəmiyyət verilmir.
Bu, qan-damar patologiyaları ilə də bağlı ola bilər. Əgər uşaqlarda yüngül, nadir hallarda baş verən baş ağrıları olarsa, buna ciddi yanaşmamaq da olar. Amma uzun sürən, mütəmadi olan baş ağrılarına ciddi yanaşmaq lazımdır. Belə hallarda həkimə, nevroloqa müraciət olunmalı, ehtiyac yaranarsa, beyin müayinəsi aparılmalıdır.