Bunları bilirsinizmi?
Türkiyənin nevrologiya uzmanları açıqlamalarında miqren və onun müalicəsi barədə dəyərli tövsiyələr veriblər.
Rakus.az xəbər verir ki, baş ağrılarının əsas səbəblərindən biri miqrendir.
Məlumatlara görə, hər beş qadından, hər on kişidən biri miqrendən əziyyət çəkir. Miqren insanların həyat keyfiyyətinə təsir edir.
Miqren baş ağrısını digər ağrılardan neçə fərqləndirmək olar?
Miqren ağrısı başın bir tərəfindən başlayır. Zonqlayıcı tərzdə olan ağrı saatlarla davam edir. Ürəkbulanma, gündəlik işlərə mane olan, şiddətli baş ağrısı, işığa, səsə qarşı dözümsüzlük miqrenin əsas əlamətləri sayılır. Bildirilir ki, stress, depressiya, hamiləlik, menopauza öncəsi hal, çox parlaq işıq, çirkli, isti hava, atmosferdə, havada olan dəyişkənliklər miqren ağrılarının baş qaldırmasına səbəb olur. Fermentli qidalar, şokolad, quru meyvələr, balıq, alkoqol, kofeinli içkilər, gün ərzində az maye qəbulu miqren tutmalarını şiddətləndirə bilər.
Mütəxəssislər miqrenin müalicə olunan xəstəlik olduğunu deyiblər. Bunun üçün sadəcə, insanlar xəstəlik haqda maariflənməli, həyat tərzlərini dəyişməli, tutmalar zamanı düzgün dərman istifadə etməli, kəskin tutmaların qarşısını almaq üçün öncədən tədbir görülməlidir.
Xroniki miqrenin müalicəsində isə ən yaxşı metod botulino terapiya (botoks) sayılır.
Qeyd olunub ki, bu metodla müalicə olunan xroniki miqren xəstələrinin təxminən 83 faizində yaxşı nəticə qeydə alınıb. Bu müalicəni alanlarda miqrenin tutma sıxlığı və şiddəti əhəmiyyətli dərəcədə azalıb.