Bunları bilirsinizmi?
Uşaqların ilk dişlərinin çıxması valideynlərin həyəcanla gözlədiyi məqamlardan biridir.
Rakus.az xəbər verir ki, bəzən bu prosesin ləngiməsi də baş verir. Bəzi valideynlər bundan narahat olsalar da, bir çoxları gecikməni adi hal kimi dəyərləndirir. Bəs əslində körpələrin ilk dişi nə zaman çıxmalıdır? Dişlərin gec çıxması normal haldırmı?
Həkimlərin fikrincə, körpələrdə ilk dişlərin çıxması 5-10 ay arasında olur. Amma bəzən sağlam körpələrdə ilk dış çıxması 18 ayına qədər uzana bilər. Buna görə də diş çıxmasının uzanması mütləq olaraq uşaqda bir problemin olmasının göstəricisi deyil. Çox vaxt bu hallarda körpələrə uzun müddətli kalsium preparatları başlanılır. Nəzərə alınmalıdır ki, burada körpə kompleks olaraq dəyərləndirilməli və əgər kalsium çatışmazlığı və ya raxit xəstəliyindən şübhə varsa, mütləq olaraq qan analizləri edilməli və diaqnoz dəqiqləşdirilməlidir.
Çünki vitamin və mineralların yersiz yerə verilməsi körpələrdə ciddi problemlərə səbəb ola bilir. Dişlərin sağlam olması üçün dişlər körpələrə uyğun diş fırçası və pastalarla təmizlənməlidir. Ağız təmizliyinə diqqət edilməlidir. Əmzik istifadə edilməməlidir və profilaktik D vitamini verilməsi unudulmamalıdır.