Hadisə 13.09.2023 19:42

Çar Rusiyası Səədli kəndlərini niyə dağıdırdı? - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə ərazisi bölünən, kəndləri viran qoyulan və saxta erməniləşdirilmənin qurbanına çevrilən Səədli mahalı haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ermənilərin Səədli mahalında saxtalaşdırma əməliyyatı” adlı süjetdə azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini silməkdən ötrü ermənilərin 19-cu və 20-ci əsrlərdə müxtəlif vasitələrdən istifadə etdiyi, hayların havadarlarının hesabına təkcə coğrafi ərazilərimizi deyil, həm də oğuz-türklərinə məxsus mədəni, dini abidələrə, toponimlərə qarşı daim vandallıqla məşğul olduqları, məhz bunun sayəsində monoetnik erməni dövlətində tarixən azərbaycanlıların yaşadıqları 700-dən çox yaşayış məntəqəsinin adının dəyişdirilərək erməniləşdirildiyi vurğulanır.

Bildirilir ki, Səədli İrəvan xanlığının ən kiçik mahal idi və onun qərb qurtaracağında yerləşirdi. XIX əsrin 2-ci yarısında Səədli mahalı Sərdarabad mahalı ilə birlikdə Gərnibasar mahalının tərkibində olub. İrəvan sərdarı Hüseynqulu xan Sərdarabad qalasını 1807-1828-ci illərdə tikdirdikdən sonra həmin qalanın adı ilə yeni mahal, həmçinin həmin vaxtda Səədli mahalı yaradılıb. Səədli mahalının ərazisi indiki Armavir vilayətinin, keçmiş Hoktemberyan, yəni Sərdarabad rayonunun ərazisinin bir hissəsi hesab olunur. Hazırda Azərbaycan, Türkiyə, Gürcüstan ərazisində onlarca “Səədli” adlı yaşayış məntaqələri var.

Qeyd olunur ki, Rusiya imperiyasının  һimayəsinə  sığınan, özlərini dünyaya “qədim xalq”, “mədəni xalq” kimi təqdim edən ermənilər Azərbaycan türklərini doğma yurdlarından sıxışdırıb çıxarmaqla, yüzlərlə kəndi yerlə-yeksan edib, abad yerlərin adını dəyişdiriblər: “1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Osmanlı  müharibələri nəticəsində Səədli mahalına məxsus 14 kənddən 5-i tamamilə dağıdılıb.

Süjetdə diqqətə çatdırılır ki, ölkələrin çətin sınaqlardan çıxması və gələcəyə doğru irəliləməsi süni, saxta yollarla mümkün deyil: “Bu, müdrik xalqların qətiyyəti, qəhrəmanlıq səlnaməsi və ədalətli siyasəti  sayəsində, tarixi hadisələrin həqiqi və düzgün qiymətləndirilməsi isə zamanla mümkün olur. Artıq bu zaman gəlib və bizi doğma yurd-yuvamıza – Qərbi Azərbaycana səsləyir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında sentyabrın 13-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Hadisə, Maraqlı, Sosial / 13.09.2023 19:42
Çar Rusiyası Səədli kəndlərini niyə dağıdırdı? - FOTO - VİDEO
Maraqlı, Sosial / 13.09.2023 12:40
Səədli mahalının ərazisi necə Armavir oldu? – ANONS - VİDEO
Siyasi, Sosial / 12.09.2023 20:04
Paşinyanla görüşən erməni gəncdən Qərbi Azərbaycanla bağlı etiraf - FOTO - VİDEO
Siyasi, Sosial / 12.09.2023 13:21
Erməni qızın azərbaycanlılara heyranlığı – ANONS - VİDEO
Dünya, Mədəni / 12.09.2023 09:57
ASKEF-in Balkan turu – 7-ci yazı - FOTO
Gündəm / 11.09.2023 20:03
Xocalı faciəsi hansı soyqırımının təkrarı idi? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI - FOTO - VİDEO
Mədəni / 11.09.2023 13:21
ASKEF-in Balkan turu – 6-cı yazı - FOTO
Mədəni / 10.09.2023 21:05
Bu xalçanı 12 ildən bir yalnız bu tarixdə yumaq olar - FOTO - VİDEO
Mədəni, Sosial / 09.09.2023 19:47
Ermənilər Arçuta girməyə niyə qorxdu? - FOTO - VİDEO
Hadisə / 09.09.2023 11:52
Osmanlının silahlarını gizlətdiyi müəmmalı yer – ANONS - VİDEO
Gündəm, Sosial / 08.09.2023 20:03
“Azərbaycanlı aktrisa ermənilərə öz dillərində müraciət etdi” - FOTO - VİDEO
Gündəm, Təhlil / 08.09.2023 17:59
Gizli səfərbərlik kampaniyası – İrəvanın müharibə istəyi – TƏHLİL - VİDEO
Sosial / 08.09.2023 13:43
“Nənəm Dilican bulağından bir qurtum su içib sonra ölmək istəyirdi” – ANONS - VİDEO
Siyasi / 07.09.2023 19:51
Xaricdə yaşayan ermənilərin təcili köçü başladı - FOTO - VİDEO
Gündəm, Təhlil / 07.09.2023 16:19
İran – İslam düşmənlərinin dəyirmanına su tökən rejim – TƏHLİL
Dünya, Gündəm / 07.09.2023 12:02
Paşinyan xaricdəki erməniləri təcili Ermənistana köçürür – ANONS - VİDEO
Gündəm / 06.09.2023 19:41
Ermənilərin kütləvi qırğınlar törətdiyi Zəngibasar mahalı - FOTO - VİDEO
Siyasi / 06.09.2023 18:00
UNESCO QAİ-nin xahişinə müsbət cavab verib
Siyasi / 06.09.2023 13:07
Ərazisi və əhalisi param-parça edilən mahal – ANONS - VİDEO
Gündəm, Mədəni / 05.09.2023 19:52
Tanınmış erməni ziyalıları Ermənistan hakimiyyətinə qarşı - FOTO - VİDEO
Dünya, Təhlil / 05.09.2023 15:23
Ərdoğanın cəhdi – Putinin qlobal aclığı gücləndirmək istəyi – TƏHLİL
Gündəm, Siyasi / 05.09.2023 13:07
Erməni ziyalıların “dövlət saxtakarlığı”na qarşı üsyanı – ANONS - VİDEO
Siyasi / 04.09.2023 20:05
“Bizim evimizdə ən qorxulu, vahiməli ifadə “köç” sözü idi” - VİDEO
Mətbuat / 04.09.2023 11:16
İsmayıl Nəsibli mətbuat katibi təyin olundu
Mədəni, Sosial / 02.09.2023 19:42
Nərimanlıda toy günü gəlini niyə suya salırdılar? - FOTO - VİDEO
Gündəm / 02.09.2023 12:24
Dörd dəfə qaçqınlıq yaşayan Nərimanlı kəndi – ANONS