Çavuşoğlu: “Beynəlxalq ictimaiyyət Ermənistana “Azərbaycan torpaqlarından çıx” deməlidir”
Türkiyə Xarici İşlər naziri (XİN) Mövlud Çavuşoğlu İsveç XİN başçısı Ann Linde ilə görüşdə Dağlıq Qarabağ məsələsinə toxunub.
Rakus.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in “Twitter”də video yayımlanıb.
Çavuşoğlu Ermənistanın sentyabrda Tovuza, mülki şəxslərə hücumu barədə danışıb.
O qeyd edib ki, indiyə qədər danışıqların nəticəsiz qalması Ermənistanı ürəkləndirib:
“Moskvada humanitar atəşkəslə bağlı danışıqlarından sonra da Ermənistan azərbaycanlı mülki şəxsləri hədəf aldı. Çox sayda dinc sakin öldürüldü.
ATƏT-in Minsk qrupu həmsədrləri bu zamana qədər konkret addımlar atmadılar. Minsk qrupu olaraq görüş təşkil etməliyik. Minsk qrupu həmsədrləri indiyə kimi görülən işlər barədə hesabat təqdim etməlidirlər. Bu problemin tək yolunun Ermənistanın Azərbaycan torpaqlarından çıxması olduğunu dəfələrlə vurğulamışıq. Biz bütün şərtlərdə Azərbaycanın verdiyi qərarları dəstəkləyirik”.
Çavuşoğlu vurğulayıb ki, beynəlxalq ictimaiyyət Ermənistana “Azərbaycan torpaqlarından çıx” deyə müraciət etməlidir.
#CanlıYayın 📡
İsveç Dışişleri Bakanı Ann Linde
ile Ortak Basın Toplantısı #Live 📡
Joint Press Conference with Foreign Minister Ann Linde of Sweden📍Ankarahttps://t.co/Yw83AKPwhB
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) October 13, 2020