Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO-nun XİN rəhbərlərinin videokonfrans formatında keçirilən iclasında iştirak edib.
Rakus.az xəbər verir ki, bu barədə türkiyəli nazir “Twitter”də yazıb.
“NATO-nun gündəmindəki mövzulara əlavə olaraq Dağlıq Qarabağ, Şərqi Aralıq, Liviya və gəmimizə qarşı qeyri-qanuni müdaxilə haqqındakı fikirlərimizi vurğuladıq”, – M.Çavuşoğlu bildirib.