“Çəkilişlər üçün darıxmışam…” - FOTO
“Vatanım sensin” serialı ilə tanınan aktrisa Pınar Deniz “BeStyle” jurnalı üçün fotokamera qarşısına keçib.
“Yeni film üçün çəkilişlər başlamalı idi, virusa görə təxirə düşdü. Bir çox layihələrim ləğv olundu, üsyan etmirəm. Bu vaxt mənə unutduğum duyğuları xatırlatdı. Vaxtımı səmərəli keçirməyə çalışdım. Normal həyatımız necə olacaq bilmirəm. İşləməyi çox sevirəm. Çəkilişlər üçün darıxmışam”.
Aktrisa “Vatanım sensin” serialının həyatında böyük rolu olduğunu bildirib: “Mənim dönüş nöqtəm oldu. O heyyət ilə işləmək məni böyütdü. Daha çox öyrənməyimə səbəb oldu. İkinci mövsümdə oynamağımı daha çox sevirəm. Həyatı daha yaxşı başa düşürdüm, o da işimə yansımışdı. 5 il sonra necə rol alacağım da mənim üçün maraqlıdı. Ümid edirəm çox dəyişəcəyəm”.
P.Deniz uşaqlara qarşı xüsusi sevgisinin də olduğunu deyib: “Uşaqları çox sevirəm. İçimdə çox böyük analıq hissi var. Amma uzun müddət ana olmağı düşünmürəm. Evliliyi isə uşaqlığımdan arzulamıram”.