İdman 06.11.2023 09:00

Çempion bəlli olub – 2023-cü ilin kubokunu “Çəmbərək” qazanıb - FOTO - VİDEO

Ardanış Futbol Məktəbinin təşkilatçılığı ilə Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə keçirilən həvəskar komandalardan ibarət Ənənəvi Futbol Turnirində çempion bəlli olub.

Rakus.az xəbər verir ki, Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra sahəyə üçüncü yer uğrunda mübarizə aparan komandalar çıxıb.

Bakı Tennis Akademiyasının stadionunda ilk olaraq 3-cü yer uğurunda “Ardanış” ilə “Loru-Borçalı” komandaları qarşılaşıb. “Ardanış” görüşü 4:3 hesablı qələbə ilə bitirərək bürünc medalın sahibi olub.

5 noyabr

Üçüncü yer

saat 19:00 “Ardanış” – “Loru-Borçalı” – 4:3

Qollar: Hüseyn Qarayev 4, Şükür Məmmədalıyev 1,

Orxan Qəhrəmanov 3.

Ardından final görüşü baş tutub. Həlledici qarşılaşmada Vəkillər Kollegiyasının “İrəvan” və Qərbi Azərbaycanın Çəmbərək rayonunun “Çəmbərək” komandaları münasibətlərinə aydınlıq gətiriblər. Görüşdə 7:5 hesablı qələbə qazanan “Çəmbərək” kubokun sahibi olub.

5 noyabr

Final

Saat 20:00 “İrəvan” – “Çəmbərək” – 7:5

Qollar : Azad Əliyev 4, Ramazan Abbasov 1, Vüqar Hüseynov 1, Ramiz Hüseynov 1.

@bakutvofficial

Şəhid jurnalistlərin xatirəsinə futbol turniri

♬ original sound – baku.tv – baku.tv

Bombardirlik siyahısına 15 qolla Azad Əliyev (“Çəmbərək”), 12 qolla Nicat Nəcəfzadə və Anar Verdiyev (“Loru-Borçalkı”), 11 qolla Hüseyn Qarayev (“Ardanış”), 10 qolla Ümman Ağamalıyev (“İrəvan”) başçılıq ediblər.

Final qarşılaşmasından sonra bağlanış mərasimi təşkil olunub. Sonda medal qazanan komandalar mükafatlandırılıb.

Turnirin təşkilatçısı adından şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı, jurnalist Əsgər İbrahimov yarışın baş tutması üçün göstərdikləri təşəbbüsə və iştiraka görə əməyi olan hər kəsə təşəkkür edib, bütün komandaların yüksək əzmkarlıqla turnirə qoşulduqlarını və əsl idman mübarizəsi apardıqlarını bildirib, tamaşaçıların bu yarışa göstərdikləri marağı yüksək qiymətləndirib.

Qeyd edək ki, Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının və Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayevin, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

Bu il turnirdə 8 komanda – “Qərbi Azərbaycan” (AZƏRTAC), “Zəngəzur” (AzTv),  “İrəvan” (Vəkillər Kollegiyası), “Göyçə”, “Loru-Borçalı”, “Qaraqoyunlu”, “Çəmbərək” və “Ardanış” adı altında mübarizə aparacaq. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTv təmsil edib.

Turnir hər birində 4 komanda olmaqla 2 qrupdan ibarət olub, oktyabrın 14-də başlayıb noyabrın 5-də başa çatıb. Qruplar üzrə dairəvi sistemlə keçirilən mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar yarımfinala yüksəlib. Yarımfinalın qalibləri 1-ci yer, məğlub olan komandalar isə 3-cü yer uğrunda yarışıb. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarət olub. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşmədikdə penalti təyin olunub. Turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunub və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilib. Komandaların 12 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmayıb.

Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr verilib. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də olub. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov “Qaraqoyunlu” komandasında çıxış edib. Oyunların şənbə və bazar günləri saat 19:30, 20:30-da keçirilib. Oyunları AFFA-nın hakimləri idarə edib. Final oyunu isə 5 Noyabr – Zəfər Günü ərəfəsində keçirilib.

Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini AZƏRTAC, AzTv, “Report” İnformasiya Agentliyi və Rakus.az saytı verib.

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev xidməti vəzifələrini yerinə yetirərkən həlak olublar, dörd nəfər isə yaralanıb.

Bununla da oktyabrın 14-dən noyabrın 5-dək davam edən Ənənəvi Futbol Turniri başa çatıb.

 

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO