“Cənnət almaları” mahnısının ilkin versiyası tapıldı
Rusiyanın görkəmli aktyor və bəstəkarı Vladimir Visotskinin erkən vaxtlarında bəstələdiyi “Cənnət almaları” mahnısının ilkin versiyası üzə çıxıb.
Rakus.az xəbər verir ki, səsyazma V.Visotski ilə dostluq edən Rusiyanın Xalq artisti İvan Bortnikin şəxsi arxivindən tapılıb.
İfaçının yaradıcılığını tədqiq edən Sergey Jiltsov bildirib ki, mahnı iki versiyada bəstələnib. Onun sözlərinə görə birinci versiya 1977-1978-ci illər arasında bəstələnib və “Deyirlər mən öləcəm…” sözlərilə başlayır.
Vladimir Visotski (1938-1980) 16 il teatrda çalışıb. O, 1959-cu ildən kinoda çəkilməyə başlayıb. “Qısa görüşlər”, “Təhlükəli qastrollar”, “Görüş yerini dəyişmək olmaz” filmlərində yaddaqalan obrazlar yaradıb. Kinematoqrafiya ilə onun poetik fəaliyyəti də sıx əlaqəli olub. V.Visotski kino üçün 130-dan çox mahnı bəstələyib.