Dünya 05.03.2020 05:56

Cənubi Koreya ilə 94 ölkə əlaqəni kəsdi

Cənubi Koreyada sürətlə yayılan yeni tip koronavirusa (COVID-19) görə bu ölkə vətəndaşlarının girişinə məhdudiyyət və qadağalar tətbiq edən dövlətlərin sayı 94-ə çatıb.

Rakus.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, 33 dövlət və ərazi vahidi koreyalıların və son 2 həftə ərzində Cənubi Koreyada olmuş əcnəbilərin ölkəyə girişinə qadağa qoyub. Maldiv, Vyetnam, Yaponiya, Fici, Filippin və bir neçə başqa dövlət Cənubi Koreyada koronavirusun ən çox yayıldığı Dequ şəhərinə və Şimali Qyonqsanq vilayətinə səfər edənlərin ölkəyə girişinə qadağa tətbiq edirlər.

Virusun ortaya çıxdığı və ən çox yayıldığı Çinin 15 vilayəti də daxil olmaqla, 22 ölkə Cənubi Koreyadan gələnlərin 14 gün məcburi karantində qalmasını tələb edir. Bəzi ölkələr isə Cənubi Koreya vətəndaşları üçün sadələşdirilmiş viza rejimini müvəqqəti dayandırıb. ABŞ, Fransa, Niderland və Avstriya daxil olmaqla 22 ölkə öz vətəndaşlarına Cənubi Koreyaya səyahəti planlaşdırarkən riskləri nəzərə almaq barədə xəbərdarlıq edib.

Cənubi Koreyanın Xarici İşlər naziri xanım Kan Kyun-hva parlamentdə deputatların məsələ ilə bağlı sualını cavablandırarkən deyib ki, müxtəlif dövlətlərin koreyalılara tətbiq etdiyi qadağa və məhdudiyyətlər ölkənin imicinin korlanması demək deyil. Bu, sırf virusun yayılma ehtimalı ilə əlaqədardır. O, işgüzar və yaxın qohumlarına baş çəkmək məqsədləri ilə xaricə səyahət etmək istəyənlərə istisnaların tətbiq olunması üçün müvafiq ölkələrin səlahiyyətli qurumları ilə danışıqlar aparıldığını deyib.

Qeyd edək ki, son məlumata əsasən, Cənubi Koreyada koronavirusa yoluxanların sayı 5621 nəfərə çatıb. Ölənlərin sayı isə 34-dür. Cənubi Koreya virusa yoluxanların sayına görə Çindən sonra ikincidir.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO