Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ-a səfəri çərçivəsində ölkəmizin Vaşinqtondakı səfirliyini də ziyarət edib.
Rakus.az xəbər verir ki, C.Bayramovu Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfir Elin Süleymanov qarşılayıb.
Nazir səfirliyin inzibati binasında ucaldılmış Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub.