Dünya 23.07.2020 09:25

Ceyhun Bayramov Cozef Borel ilə telefonda danışdı

Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub.

Rakus.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon danışığında Ermənistan Xarici İşlər Naziri Zöhrab Mnatsakanyan da iştirak edib.

Nazir Ceyhun Bayramov Aİ rəsmisinin təbriklərini qəbul edib.

Nazir Azərbaycan-Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatı və artilleriya qurğularından istifadə etməklə hücum cəhdinin qarşısının alınması və hazırda bölgədəki gərgin vəziyyət barədə həmsöhbətinə məlumat verib. Ermənistan tərəfinin bu növbəti təxribatı zamanı sərhəd yaxınlığındakı yaşayış yerlərini, mülki şəxsləri hədəfə aldığı və nəticədə 76 yaşlı dinc sakinin qətlə yetirildiyi qeyd olunub. Ermənistan tərəfinin habelə bölgənin yaxınlığından keçən geo-strateji layihələrə təhlükə törətmək məqsədini güddüyü qarşı tərəfin diqqətinə çatdırılıb. Gərginliyin kökündə Ermənistanın Azərbaycana qarşı apardığı təcavüz siyasətinin durduğu vurğulanıb.

Cozef Borel gərginliyin alovlanmasının qarşısının alınmasının, o cümlədən bölgədəki mühüm infrastruktura hədə törədilməsindən çəkinməyin vacibliyini qeyd edib. Ali nümayəndə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin həlli üzrə substantiv danışıqların bərpa edilməsinin zəruri olduğunu bildirib.

Ceyhun Bayramov Azərbaycanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə sadiq olduğunu, lakin danışıqların mahiyyət üzrə aparılmasının, konkret nəticəyə yönəlik olmasının vacibliyini vurğulayıb. Azərbaycan tərəfinin sadəcə danışıqlar naminə danışıqlarda iştirak etmədiyini, uzun illərdir ki, bu danışıqların davam etdiyini, lakin münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində konkret nəticənin əldə edilmədiyini ali nümayəndə Cozef Borelin diqqətinə çatdırıb. Ermənistan tərəfinin danışıqların müxtəlif bəhanələrlə uzadılması cəhdlərinin yolverilməz olduğu qeyd olunub. Münaqişənin həlli üzrə BMT TŞ qətnamələri başda olmaqla və Aİ-nin də sərgilədiyi qəti mövqe daxil olmaqla, beynəlxalq ictimaiyyətin tələblərinin yerinə yetirilməsi, işğalçı qüvvələrin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılması və Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpa olunmasının vacib olduğu nazir tərəfindən vurğulanıb.

Nazir Ceyhun Bayramov telefon danışığı təşəbbüsü ilə çıxış etdiyi üçün Ali nümayəndə Cozef Borelə təşəkkürünü ifadə edib.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO