Dünya 14.11.2020 16:40

Ceyhun Bayramov: Fransa həmsədr kimi neytrallığını saxlamalıdır

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvləri, Azərbaycan-Fransa Dostluq Qrupunun sədrinin üç müavini və bir katibindən ibarət nümayəndə heyətini qəbul edib.

Rakus.az xəbər verir ki, nazirliyin məlumatına görə, xarici işlər naziri Ceyhun Bayramov nümayəndə heyətini salamlayaraq Azərbaycan və Fransa arasında mövcud olan dostluq münasibətlərindən bəhs edib. Azərbaycan-Fransa dostluq qrupunun üzvlərinin bu münasibətlərin inkişafına verdiyi töhfə vurğulanıb.

Hazırkı səfərin, habelə səfər çərçivəsində deputatların Gəncə şəhərinə baş çəkməsinin, mülki əhalinin Ermənistan tərəfindən məqsədli şəkildə hədəfə alınması ilə bağlı mövcud vəziyyətlə Fransa Milli Assambleyasının üzvlərinin yerindəcə tanış olmalarının, həqiqətlərin Fransa cəmiyyətinə çatdırılması baxımından yüksək əhəmiyyət kəsb etdiyi qeyd edilib.

Fransa rəsmilərinin münaqişə ilə bağlı verdikləri bəzi bəyanatların Azərbaycan cəmiyyətində ciddi suallar doğurduğunu vurğulayan nazir Ceyhun Bayramov, ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin həlli ilə bağlı kifayət qədər məlumatlı olan Fransanın elə həmsədr mandatından irəli gələrək neytrallığı qoruyub saxlamasının zəruriliyini ifadə edib.

Qarşı tərəf, öz növbəsində Azərbaycana edilən səfərin tarixi bir vaxtda və ölkə üçün yeni dövrün başlanğıcına təsadüf etdiyini və Azərbaycana dəstək olaraq həyata keçirildiyini qeyd etdi. Bu səfərin hərbi toqquşmaların davam etdiyi bir vaxtda planlaşdırıldığını qeyd edən deputatlar, səfərin həyata keçirilməsindən bir-neçə gün öncə tam atəşkəsə riayət olunmasına dair razılaşmanın imzalanmasının məmnunluq doğurduğunu bildirdilər. Fransa rəsmilərinin Azərbaycan cəmiyyətində narahatlıq doğuran bəyanatlarına toxunan deputatlar Fransanın mövqeyinin hər zaman beynəlxalq hüquqa əsaslandığını və ölkə rəhbərlərinin bu prinsiplərə sadiq qaldıqlarını vurğuladılar. Azərbaycan-Fransa Dostluq Qrupunun üzvləri qismində Azərbaycan ilə bağlı həqiqətlərinin Fransa cəmiyyətinin diqqətinə çatdırılması baxımından üzərilərinə məsuliyyət düşdüyünü bildirdilər.

Qarşı tərəf bölgədə hərbi əməliyyatların dayandırılması ilə əlaqədar birgə bəyanatın imzalanmasını alqışlayaraq, bundan sonra Azərbaycan və Ermənistan arasında, eləcə də Minsk Qrupu çərçivəsində dialoqun davam etdirilməsinin vacibliyini ifadə etdi.

Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO