Texnologiya 01.10.2019 02:23

Çilidə 2800 tonluq günbəz optik teleskop tikilir

Çilidə 2800 tonluq E-ELT günbəz optik teleskopunun tikintisinə başlanılıb.

Rakus.az xəbər verir ki, gələn onilliyin ortalarında istifadəyə veriləcəyi nəzərdə tutulan bu nəhəng obyekt dünyanın ən böyük optik teleskopu olacaq.

Avropa Cənub Rəsədxanasının (ESO) Mətbuat xidmətinin məlumatında deyilir ki, E-ELT (Avropa Ekstremal Geniş Teleskopu) ən bahalı və iddialı yerüstü teleskop layihəsidir. Onun ümumi dəyəri 1 milyard avrodan çox olacaq. Həmin vəsaitin böyük hissəsi avadanlıq hazırlanması və rəsədxana binasının tikintisinə xərclənəcək. Teleskopun ən mürəkkəb və bahalı komponenti isə rekord böyük həcmdə – diametri 39 metr olacaq güzgüdür. O, 1,4 metrlik 798 altıbucaqlı seqmentdən ibarət olacaq.

Məlumatda qeyd olunur ki, bu nəhəng güzgünün ətrafındakı 4,2 və 3,75 metr diametrlik səthi əks etdirəcək iki köməkçi güzgü də E-ELT-yə Günəş sisteminin hüdudlarından kənarda yerləşən və digər qalaktikalarda olan planet və ulduzların fotoşəklini çəkməyə, həmçinin Yer kürəsinin əkizini tapmağa imkan yaradacaq. Eyni zamanda, alimlər bu rəsədxana vasitəsilə Süd Yolu qalaktikasının mərkəzində yerləşən nəhəng Sgr A* qara dəliyinin ətrafını da müşahidə etməyi planlaşdırırlar.

Rəsədxananın tikintisinə yeni başlansa da, mütəxəssislər artıq 3 ildir ki, onun əsas komponentlərini – güzgüləri, elmi alətləri və digər avadanlıqları hazırlamaqla məşğul olurlar. Buradakı ən nəhəng komponentin – 400 milyon avro dəyəri olan əsas güzgünün istehsalı üzrə kontrakt isə Almaniyanın SCHOTT və Fransanın Safran Reosc şirkətlərinə verilib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO