Çin prezidenti Yaponiya səfərini təxirə saldı
Çinin dövlət başçısı Şi Tsinpin hər iki ölkənin üzləşdiyi və 75-dən çox ölkədə yayılaraq, 95.000 insana yoluxmuş koronavirus səbəbindən gələn ay üçün planlaşdırılan Yaponiya səfərini təxirə salıb.
Rakus.az xəbər verir ki, həm Çin, həm də Yaponiya rəsmiləri cümə axşamı Şinin səfərinin daha uyğun bir vaxta qədər təxirə salınacağını bildirib.
Çin koronavirusun mərkəzidir və son həftələr yeni yoluxma hallarının azalmasına baxmayaraq, ən böyük ölüm halları (3000) bu ölkədə qeydə alınıb.
Yaponiyada virusa 1000-dən çox insan yoluxub ki, onnların çoxu həftələr boyu Yokohamada karantinə alınmış kruiz gəmisinin sərnşinləridir.
Diamond Princess gəmisi Yokohamada saxlanılırdı. Gəmi fevralın 3-də limana yaxınlaşandan bəri orada saxlanılır. Yaponiyanın səhiyyə rəsmiləri Koronavirus (COVID-19) aşkarlanması səbəbilə gəmini, oradakı 3700 sərnişini və ekipaj üzvünü karantin altına almışdı.