“Ciyər axşamı” idi” – Hovuzda oynayanlarla bağlı açıqlama
Bu gün sosial şəbəkələrdə bir qrup şəxsin hovuzda aşıq musiqisinə etdiyi rəqsin videosu yayılıb.
Birmənalı qarşılanmayan görüntülər tənqidlərə məruz qalıb. Yerli mediada videonun toyda çəkildiyi, rəqs edən şəxslərin içkili olması ilə bağlı məlumatlar yayılıb.
Rakus.az xəbər verir ki, videoda saz ifa edən Aşıq Daşqın Gəncəli ilə əlaqə saxlaynılıb. O, görüntülərin toy məclisində qeydə alınmadığını deyib:
“Toy deyildi. Normal yığıncaq – “Ciyər axşamı” (Toydan bir gün öncə keçirilən məclis – red.) idi, özləri əylənirdilər. Heç kim kefli olmayıb. Ev sahibi nə nazir, nə deputatdır. Adi normal bir adamdır. Məclis Bakıda olmayıb, amma Azərbaycanın başqa bir ərazisində baş tutub. Burada böyüdüləsi ciddi bir problem yoxdur”.
Xatırladaq ki, sosial şəbəkədə D.Gəncəli haqda da belə bir şəraitdə aşıq musiqisi ifa etdiyi üçün tənqidlər yazılıb. (axşam.az)