CK hərbi biorobotlar tətbiq edəcək
Cənubi Koreya 2024-cü ildən heyvanları, ilanları, həşəratları imitasiya edən hərbi robotların tətbiqinə başlamağı planlaşdırır.
Rakus.az xəbər verir ki, Yonhap informasiya agentliyi bu barədə silah alınması proqramı üzrə agentliyin məruzəsinə istinadla məlumat yayıb. Əsas müdafiə texnologiyaları layihələrinin yer aldığı sənəddə qeyd olunur ki, planlar reallaşdığı təqdirdə həşəratlar, sürünənlər və dəniz canlılarının obrazında yaradılan robotların tətbiqinə artıq 2024-cü ildə başlanılacaq.
Agentlik nümayəndəsinin sözlərinə görə, biorobotlar gələcək müharibələrdə oyun qaydalarını dəyişəcək, bununla bağlı texnologiyalar isə müdafiə sənayesi sahəsində böyük dəyişikliklərə səbəb olacaq. Belə robotlardan axtarış-xilasetmə əməliyyatlarında və kəşfiyyat məqsədləri ilə də istifadə edilə bilər.