CK Yaponiya ilə danışıqların şərtlərini açıqladı
Cənubi Koreya İkinci Dünya müharibəsi zamanı məcburi əməyə cəlb olunanların kompensasiya ödənilməsi barədə tələbinə əməl edəcəyi təqdirdə Yaponiya ilə danışıqlar aparmağa hazırdır.
Rakus.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Məlumatda bildirilir ki, ötən ilin oktyabrında Cənubi Koreyanın Ali Məhkəməsi hazırda “Nippon Steel” adlanan şirkətin və həmçinin “Mitsubishi Heavy Industries” şirkətinin keçmiş və vəfat etmiş işçilərin ailə üzvlərinə kompensasiya ödəməsi barədə qərar qəbul edib.
Ötən ay Yaponiya məsələnin həlli ilə bağlı Cənubi Koreyaya üçüncü ölkənin də daxil olduğu arbitraj orqanı yaratmağı təklif edib. Arbitraj komissiyasına üzvlərin təyini müddəti iyunun 18-də başa çatsa da, Cənubi Koreya bu təklifə cavab verməyib.
Cənub Koreyanın Xarici İşlər Nazirliyi iyunun 18-də məhkəmə iddialarının baxılması başa çatmış şəxslərə kompensasiya ödənilməsi üçün Yaponiya və Koreya şirkətlərinin birgə fond yaratması təklifini irəli sürüb.
Nazirlikdən bildiriblər ki, Yaponiya bu şərti qəbul edəcəyi təqdirdə, Cənubi Koreya tərəfi danışıqlara başlamağa hazırdır.
Yaponiyanın xarici işlər naziri Taro Kono isə jurnalistlərə bildirib ki, o, bu təklifin qəbuledilməz olduğunu Cənubi Koreya hökumətinə çatdırıb.