COVID-19-a yoluxanların sayı 8 milyon 600 mini ötdü
Dünyada koronavirusa yoluxan 4 550 515 nəfər sağalıb, 456 777 nəfər isə virusdan ölüb.
Rakus.az xəbər verir ki, indiyədək 8 600 768 nəfərə COVID-19 diaqnozu qoyulub.
Ən çox yoluxma ABŞ (2 263 749), Braziliya (978 142) və Rusiyada (569 063) qeydə alınıb.
Məlumata görə, son 4 gündə dünyada 600 mindən çox insan koronavirusa yoluxub.
Qeyd edək ki, iyunun 14-nə olan məlumata görə, Azərbaycanda indiyədək 11 329 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 5 583 nəfər sağalıb. Ölkəmizdə COVID-19-dan ölənlərin sayı 139 nəfərdir.
Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 184 031 nəfər koronavirusa yoluxub. Onlardan 4 882 nəfər ölüb, 156 022 nəfər sağalıb. İranda isə 197 647 nəfərə koronavirus diaqnozu qoyulub. Son məlumata görə, bu ölkədə 9 272 nəfər pandemiyanın qurbanı olub, 156 991 nəfər sağalıb. Qonşu ölkə Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 895-ə çatıb. Onların 741-i artıq sağalıb, 14-ü isə vəfat edib.
Ermənistanda indiyədək 19 157 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 319 nəfər ölüb, 8 266 nəfər sağalıb.