Dünya 05.06.2020 17:49

COVID-19 ABŞ milyarderlərini daha da varlandırdı

Amerikalı milyarderlər martın 18-dən, yəni ABŞ-da koronavirusun yayılmağa başlamasından indiyədək sərvətlərini ümumilikdə 565 milyard ABŞ dolları artırıb. Bu, pandemiyaya qədər qeydə alınan rəqəmlərdən 19,15% çoxdur.

Rakus.az xəbər verir ki, bunu ABŞ-ın “Institute for Policy Studies” (Siyasi Tədqiqatlar İnstitutu) qeyri-hökumət təşkilatının iyunun 4-də dərc olunan hesabatında yer alan məlumatlar göstərir.

Söhbət ilk növbədə fəaliyyəti birbaşa pandemiya dövründə tələbatın kəskin artdığı elektron ticarət və internetdə xidmətlər göstərilməsi ilə bağlı olan şirkətlərin sahibləri və təsisçilərindən gedir. Bu ana qədər amerikalı milyarderlərin ixtiyarında olan vəsaitin ümumi həcmi 3,5 trilyon ABŞ dolları təşkil edir. Bununla yanaşı, ekspertlər sərvətini demək olar üç aya 10 milyard ABŞ dollarından çox artırmağı bacaran bir sıra varlı insanları xüsusilə vurğulayıblar.

Bunlar arasında “Amazon” şirkətinin direktoru Ceff Bezos və onun keçmiş həyat yoldaşı Makkenzi Bezos da var. Onlar müvafiq olaraq 36,2 və 12,6 milyard ABŞ dolları həcmində varlanıblar.

“Facebook”un rəhbəri Mark Zukerberq maliyyə vəziyyətini 30,1 milyard ABŞ dolları, “Tesla” və “SpaceX” şirkətinin direktoru İlon Mask 14,1 milyard ABŞ dolları, “Google”un qurucuları Sergey Brin və Larri Peyc isə müvafiq olaraq 13,9 və 13,7 milyard ABŞ dolları artırıb.

“Microsoft”un qurucusu Bill Geyts sərvətini 11,8 milyard, korporasiyasının keçmiş icraçı direktoru Stiv Balmer isə 13,3 milyard ABŞ dolları artırıb. Sahibkar və Nyu-Yorkun keçmiş meri Maykl Blumberq 12,1 milyard ABŞ dolları sərvət qazanıb, “Nike” idman geyimləri şirkətinin yaradıcılarından biri olan Fil Nayt isə 11,6 milyard ABŞ dolları həcmində varlanıb.

Hesabatı tərtib edənlər həmçinin qeyd ediblər ki, pandemiya adi amerikalıların rifahına son dərəcə mənfi təsir göstərib. Müəlliflər ABŞ Əmək Nazirliyinin daha əvvəl yayımladığı məlumatları əsas gətirərək, ölkədə son 11 həftə ərzində işsizlik müavinətləri üçün ilkin müraciətlərin sayının 42 milyonu keçdiyini önə çəkib.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib”
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO