NASA koronavirusdan qorunmaq üçün boyunbağı hazırlayıb.
Rakus.az xəbər verir ki, bəzək əşyası sahibi hər dəfə üzünə toxunmağa çalışarkən titrəyərək, xəbərdarlıq edəcək.
Bildirilir ki, boyunbağı 3D printerdə çap ediləcək.
Cihaz infraqırmızı sensorun köməyi ilə əlin üzə həddən artıq yaxınlaşmasını müəyyən edir. Hərəkəti aşkar edən kimi boyunbağının içərisində kiçik mühərrik işə düşür.
Beləliklə, tərtibatçılar COVID-19-un gözlər, burun və ağız vasitəsilə bədənə ötürülməsinin qarşısını almağa çalışırlar.
NASA-dan o da vurğulanıb ki, bəzək əşyası maska və koronavirusa qarşı digər fərdi qoruyucu vasitələri əvəz etmir, onlarla birlikdə istifadə edilə bilər.
Bundan əlavə, tərtibatçılar boyunbağının müxtəlif rənglərdə istehsala buraxılacağına söz veriblər.