Təhlükəli laboratoriyaya pulu kim köçürüb?
ABŞ-ın Milli Səhiyyə İnstitutunun (NIH) Çinin Uhan şəhərindəki mübahisəli laboratoriyaya yarasalar üzərində koronavirus araşdırmaları üçün maliyyə yardımı etdiyi iddiası irəli sürülüb.
Rakus.az xəbər verir ki, NIH tərəfindən sonuncu dəfə ötən həftəsonu laboratoriyaya 7,4 milyon dollar vəsait köçürülüb.
NIH mətbuata sızan xəbəri bu cür izah edib:
“Hazırda institut mövcud nəticələrin hədəflənmiş proqrama və qurumun prioritetlərinə uyğun olduğuna inanmır. İnsanlarda yeni ortaya çıxan virusların əksəriyyəti vəhşi təbiətdən qaynaqlanır, həm ABŞ-da, həm də dünya miqyasında insanların sağlamlığı və bioloji vəziyyət üçün təhlükə yaradır. Elmi araşdırmalar virusun laboratoriyada yaradıldığına dair heç bir dəlil göstərmir”.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın Adminstrasiyasının rəsmiləri arasında virusun süni şəkildə yaradıldığına inam artmaqdadır.