Mədəni 11.06.2020 16:13

“Çox aldadıldım, amma dəyişmədim…” - VİDEO

Müğənni Günel Zeynalovanı ünvanına sosial şəbəkədə yeni görünüşü ilə bağlı yazılan tənqidlər özündən çıxarıb.Rakus.az xəbər verir ki, sənətçi bunla bağlı açıqlama yayıb.

Günel bildirib ki, artıq bütün paylaşımlarında şərh bölümünü bağlayacaq və insanların ona irad yazmasına imkan verməyəcək:

“Şəkil paylaşanda yazdığınız bütün şərhləri bağlayıram. Köhnə gözəllik, nə bilim nə. Adı üstündədir, köhnə. Şərhləriniz balqabaq dadı verir. Xoşum gəlmir bundan. Mən razıyam, alan razı, satan razı. Bəsdir, lazımi qədər yazdınız. İnsan nə və necə istəyirsə, o olur. əvvəl demişdim ki, arıqlamışam, maykl Ceksona oxşayıram. Yenə də eləyəm. Belə xoşbəxtəm.

Səsimlə bağlı şərh yazın. Dəyişikliyim kiminsə işinə qalmayıb. Hamı güzgüyə baxsın. Yazan hər kəsi şikayət edəcəm. Bədbəxtliyinizi soruşmuram. Hər kəs öz həyatına baxsın. Artıq bəsdirin. Səslə, mahnı ilə bağlı yazın. Gözəl mahnılar, musiqisiz, canlı oxuyuram. Allah mənə istedad, səs verib. Bunu sizlərə ən doğru şəkildə təqdim edirəm. Amma görürəm ki, sizin işiniz estetik əməliyyatdır. Bəli, estetikəm. Başqa? Sevən yanımda olsun, sevməyən izləməsin.

Saçını niyə rənglədin, sarı etdin, köhnə halın… Bəsdirin, köhnə yoxdur, yeni mən varam. Sizləri qınayıram. Üç ay evdə oturdular, insanların beyni düzəlmədi, ancaq pislik düşünürlər. Etməyin, yazmayın, gedin işinizlə məşğul olun.

Mahnımı puç edib, altına “nə gündəsən, nə etmisən, səni tanıya bilmədim” yazanları görmək istəmirəm. Şərhi bağlayacam. Tənqid edə bilməyəcəksiniz, imkan verməyəcəm. Biri yazıb göz əməliyyatı səni dəyişib. Cahilsən? O, necə olur? Əsəbi də deyiləm, sakitəm. Sadəcə, yoruldum. Bundan sonra belə, yazsanız, siləcəm. Çirkinləşmisən. Çirkinəm, kimə nə? Məni sevən belə sevir. Sevmirsənsə, sevmə. Hər kəs öz həyatına baxsın, görsün nə edib. Sizin işiniz-gücünüz yoxdur. Ona görə də yazırsınız. Özümə söz verdim heç kimin şərhini qəbul etməyəcəm. Qoymayacam orda bir şey yazasınız. Ümid edirəm ağıllanarsınız”.

O, türkiyəli ifaçı İbrahim Tatlısəslə əlaqələrinin olub-olmadığı ilə bağlı sualları da cavablandırıb: “Amma mahnı oxumaqdan əl çəkməyəcəm. Niyə də oxumayım? Səsi olmayanlar at oynadır. Məni sevənlər 1998-ci ildən bəri sevirlər. Siz məni qarşılıqsız sevirsiniz. Əlbəttə, yaxşılığım üçün nələrsə yazırsınız. Dost acını deyər deyirlər. Amma dost acını şirin söylər. Çox aldadıldım, amma dəyişmədim.

İbrahim Tatlısəs mənim mənəvi atamdır. O gün mənə bir foto atıb ki, dəyişmisən. Zəng etdim ki, bax gör dəyişmişəm? Deyir, yox. Çörəyi dizində deyiləm, bizə verilən dəyəri unutmaram. Məni kəşf etdi, səsimə inandı və Türkiyəyə tanıtdı. Ona çox istəyirəm və danışırıq da”.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO