ABŞ-ın neft ehtiyatlar azalır
Birləşmiş Ştatların xam neft ehtiyatları geriləyib.
Rakus.az xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 4,8 milyon barrel azalaraq 521,3 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların artacağı istiqamətində idi. Əvvəlki həftə ehtiyatlar 7,5 milyon barrel çoxalmışdı.
Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.
Bu arada ABŞ-ın xam neft fyuçersləri üzrə əsas paylama mərkəzi olan Oklahoma ştatının Cushing şəhərində ehtiyatlar azalıb.
Bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində Cushingdəki xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 5,04 milyon barrel geriləyib.
Xatırladaq ki, neftin qiymətinin ucuzlaşması fonunda daha əvvəl Cushingdəki anbarların tutumunun maksimum həddə çatacağı proqnozlaşdırılırdı.