Da Vinçinin saçı analiz olunacaq
ABŞ-da dünya şöhrətli rəssam Leonardo da Vinçiyə aid olduğu ehtimal edilən saçın DNT analizi aparılacaq.
Rakus.az xəbər verir ki, bu barədə ABŞ-da müvafiq araşdırma aparan iki italyan eksperti məlumat yayıb.
Bildirilib ki, aşkar olunan saçın yaxın vaxtlarda DNT analizi aparılması üçün aidiyyəti üzrə təhvil veriləcək.
Mütəxəssislər tapıntının dahi rəssamın ölümünün 500-cü ildönümü günü mayın 2-də, Florensiya yaxınlığında yerləşən Vinçi şəhərində təşkil ediləcək mətbuat konfransında ictimaiyyətə təqdim olunacağını bildiriblər.
“Bu tarixi tapıntı uzun müddət ABŞ-da kolleksiyada gizli saxlanılıb. Aşkar edilən saç dəstəsi ilk dəfə olaraq rəssamın qədim fransız mənşəli olduğunu təsdiq edən sənədlərlə birgə nümayiş olunacaq,” – deyə məlumatda qeyd olunub.