Dünyanın nüfuzlu televiziya kanalı “TRT World” Ermənistan-Azərbaycan münaqişəsinin insanların həyatına vurduğu ağır zərbələrdən bəhs edən daha bir sənədli film yayımlayıb.
Rakus.az xəbər verir ki, filmdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədr müavini, ADA Universitetinin professoru Gülməmməd Məmmədovun keşməkeşli həyatı fonunda azərbaycanlı məcburi köçkünlərin üzləşdikləri məhrumiyyətlərdən, əzablardan danışılır.
İngilis dilli auditoriya üçün nəzərdə tutulan “Dağlar oğlu” sənədli filmində Gülməmməd Məmmədov Ermənistan-Azərbaycan münaqişəsinin ağır fəsadlara yol açdığını, insanların həyatında kədərli izlər buraxdığını bütün kontekslərdə izah edir.
Xatrladaq ki, filmin çəkilişləri Bakı şəhəri ilə yanaşı Ağcabədi və Daşkəsən rayonlarında məcburi köçkünlərin yaşadıqları ərazilərdə aparılıb.