Türkiyənin Milliyətçi Hərəkat Partiyası (MHP) lideri Dövlət Baxçalı növbəti dəfə Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycana dəstəyini ifadə edib.
Rakus.az xəbər verir ki, MHP sədrinin səsləndirdiyi fikirlər partiyanın rəsmi “Twitter”də yerləşdirilib.
“Dağlıq Qarabağ coğrafiyasında yazılan türk tarixidir, tökülən türk qanıdır, fəda edilən türk canıdır, devriləcək və yerlə yeksan ediləcək işğalçı ünsür isə terror dövləti Ermənistandır”, – D.Baxçalı bildirib.