Daha iki şirkəti neft hasilatını azaldır
ABŞ-ın daha iki şirkəti neft hasilatını azaltmağı planlaşdırır.
Rakus.az xəbər verir ki, “Diamondback Energy” və “Parsley Energy” də ölkənin ən böyük neft yataqlarında hasilatı azaldır. Lakin bu şirkətlər qiymətin 30 dollar/barreli keçəcəyi təqdirdə yenidən istehsalın artırılacağını bildirib.
Daha əvvəl ABŞ-ın “Exxon Mobil”, “Chevron” və “ConocoPhillips” şirkətləri iyun ayının sonuna qədər neft hasilatını gündəlik 660 min barrel azaltmağı planlaşdırdıqlarını açıqlayıb.
Xatırladaq ki, mayın 1-dən OPEC və bəzi qeyri-OPEC ölkələri (“OPEC+”) neft hasilatının məhdudlaşdırılması üzrə sazişin icrasına başlayıb. “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, “OPEC+” ölkələri sutkalıq neft istehsalını may-iyun aylarında 9,7 milyon barrel, iyulun 1-dən ilin sonuna kimi 7,7 milyon barrel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 milyon barrel azaldacaq.
“Morgan Stanley”ə görə, qlobal bazarda tədarük bolluğu, ehtimal ki, ən yüksək həddə çatıb. Lakin bazarda daha bir neçə həftə ərzində həddindən artıq tədarük olacaq.