Dəhşətli qəza ilə bağlı məlumat yayıldı
Daxili İşlər Nazirliyi ötən gün Biləsuvar rayonunda baş verən dəhşətli qəza ilə bağlı açıqlama yayıb.
Rakus.az xəbər verir ki, iyunun 27-də saat 14 radələrində Biləsuvar şəhəri ərazisində İsmətli kənd sakinləri – A.Məmmədovun idarə etdiyi VAZ-21015 və Ş.Dövlətovun idarə etdiyi “Lada Priora” markalı avtomobillər toqquşub. Nəticədə A.Məmmədovun sərnişinlərindən həmkəndliləri – Şükufə Tağıyeva və Güllübəyim Hüseynova hadisə yerində ölüb, hər iki sürücü və 2 sərnişin xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Biləsuvar rayon polis şöbəsində cinayət işi başlanıb.
Xatırladaq ki, qəzada xəsarət alaan hər iki sürücü və İsmətli kənd sakinləri – 1993-cü il təvəllüdlü Tağızadə Araz Əsəd oğlu və 1979-cu il təvəllüdlü Əliyeva Məlahət Qurban qızı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, “Lada Priora” markalı avtomobilin sürücüsü, Şakir Dövlətov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin müdiridir.