Dünya 07.05.2019 16:32

Deputatlar İstanbulda seçkilərin ləğvindən danışdı

Bu il martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkilərində CHP namizədi Əkrəm İmamoğlu 48,79 faiz səslə İstanbul bələdiyyəsinin sədri seçilmişdi. Onun İstanbul bələdiyyə başqanı kimi fəaliyyəti təsdiqlənsə də, ötən gün qəfildən bələdiyyə seçkilərinin nəticələri ləğv edildi. Türkiyə Ali Seçki Komissiyasının (YSK) qərarı ilə Əkrəm İmamoğlunun səlahiyyətinə xitam verilib. Yeni seçkilər iyunun 23-də keçiriləcək.
Rakus.az xəbər verir ki, Azərbaycan Milli Məclisinin deputatları İstanbulla bağlı baş verənləri şərh ediblər.

 

 

Deputat Rasim Musabəyov hesab edir ki, qardaş ölkədə vəziyyətin dəyişəcəyini dəqiq analiz etmək üçün İstanbul əhalisinin içərisində olmaq lazımdır:
“Türkiyədəki proseslərin hansı istiqamətə doğru cərəyan edəcəyini təhlil etməyə çətinlik çəkirəm. Bunun üçün əhalinin, seçicilərin düşüncələrini yaxından izləmək, onlarla ünsiyyətdə olmaq vacibdir. Hazırkı durumda mətbuatdan məlumatları almaqla, analiz etmək çətindir.
Hər bir halda seçkilərin nəticələrinin qəfildən, bu cür ləğv edilməsi problemlər yaradacaq. Bu qərar kifayət qədər əsaslı olmadığı halda, əhalinin Türkiyə seçki sisteminə etibarı azala bilər. Təhlükəli qərar olduğunu yəqin ki, Türkiyə rəhbərliyi də bilirdi. Bu ölkədə seçkilərdə iştirak edən vətəndaşların milli maraqları üstün tutacağına inanıram. Ümid edək ki, hansısa çaxnaşmaya, Türkiyəni zəiflətməyə cəhd edən hərəkatların məqsədlərinə çatmasına yol verməyəcəklər”.
Deputat Asim Mollazadə isə seçkilərin nəticələrinin ləğv edilməsinin müsbət nəticələnməyəcəyini düşünür:
“Mən Türkiyədəki proseslər barədə ətraflı danışmaq istəmirəm. Müsbət nəticələrin olacağını düşünmürəm”.
Deputat Fəzail Ağamalı Türkiyədəki son proseslərin xoşagələn istiqamətdə irəliləmədiyini düşünür. F.Ağamalının fikrincə, İstanbul uğrunda Ədalət və İnkişaf Partiyası (AKP) ilə Cümhuriyyət Xalq Partiyası (CHP) arasındakı mübarizə səngiməsə, bu, Türkiyə üçün mənfi nəticələnə bilər:
“Ali Seçki Komissiyasının son qərarı Türkiyə qanunlarına söykənib. Buna qeyri-adi baxmağa ehtiyac yoxdur. Mən çox arzulayardım ki, Türkiyədəki proseslər sakit və şəffaf cərəyan etsin. Hər iki partiya yenidən gücünü, imkanlarını və elektoratını seçkilərə cəlb etsin. Partiyalar seçki gününə köklənərək, təbliğat-təşviqat məsələlərini yüksək səviyyədə aparmalıdır.
Türkiyədə proseslərin mənfi yöndə cərəyan etməsi, xaosun başlaması regional məsələlər baxımından bizim də xeyrimizə deyil. Türkiyədə yaşanan gərginlik ölkələrimiz arasındakı strateji və dövlət maraqlarına da uyğun gəlmir”. (Modern.az)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO