Hadisə 27.06.2019 22:01

DİN dilənçi qadınla bağlı görüntülərə aydınlıq gətirdi

Daxili İşlər Nazirliyi (DİN) Bakı metrosunda polis əməkdaşlarının dilənçi qadına zor tətbiq etməsinə dair sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirib.

Rakus.az xəbər verir ki, Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılmış videogörüntülərdə əksini tapan, dilənçiliyi nəinki özünə, hətta övladına da həyat və dolanışıq vasitəsi kimi seçmiş Ağdaş sakini Nuridə Quliyeva və azyaşlı oğlu ötən gün səhər saatlarında Bakı metrosunun “Nərimanov” stansiyasının keçidində dilənərkən ərazidə xidmət aparan metro polisinin əməkdaşları tərəfindən saxlanılmış, belə halın qanunsuz olduğu nəzərinə çatdırılmaqla ərazini tərk etməsi tələb olunub: “Lakin Nuridə Quliyeva polisin qanuni tələbinə məhəl qoymayaraq bu qanunsuz əməllə məşğul olmağında israr edincə əməkdaşlar onu və uşağını ərazidən uzaqlaşdırılmaq məcburiyyətində qalıb, bu zaman qadın əsassız yerə hay-küy salmaqla, ictimai asayişi pozmağa cəhd edib. Bu yolla ətrafdakıların diqqətini özünə cəlb etməklə qanun keşikçilərini qınaq obyektinə çevirmək, onları öz xidməti vəzifələrini yerinə yetirməkdən imtinaya məcbur etmək istəyib. Xatırlatmaq istərdim ki, Nuridə Quliyeva əvvəllər də anoloji əməllərinə görə metro polisinin əməkdaşları tərəfindən inzibati məsuliyyətə cəlb olunub. Lakin bu dəfə də polis əməkdaşları qadını və azyaşlı övladını ərazidən çıxararaq aidiyyəti üzrə təhvil veriblər”.

O.Mansurzadə həmçinin qeyd edib ki, sonuncu hadisədən öncə N.Quliyeva azyaşlı övladı ilə metronun “Nərimanov” və digər stansiyaların keçidlərində bir neçə gün fərqi ilə dəfələrlə saxlanılıb və xəbərdarlıq edilməklə sərbəst buraxılıb: “Lakin qeyd olunduğu kimi, adıçəkilən qadın həmin tənbeh tədbirlərindən heç bir nəticə çıxarmayıb, əksinə yenə də eyni əməllərlə məşğul olmaqda israrlı görünür”.

Avara və dilənçiliyə qarşı tədbirlərin davam etdiriləcəyini qeyd edən O.Mansurzadə bu ilin ötən dövründə analoji hallara görə Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən 61 nəfərin saxlanıldığını, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 523.1-ci maddəsi ilə müvafiq tədbir görüldüyünü də sözlərinə əlavə edib.

Xatırladaq ki, sosial şəbəkələrdə Bakı metrosunda polis əməkdaşlarının dilənçi qadına zor tətbiq etməsinə dair görüntülər yayılıb.

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO