DİN ikigünlük STATİSTİKANI açıqladı
Respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 13-dən 15-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan 4 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb.
Rakus.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.
Bildirilib ki, həmin obyekt sahiblərinin hər biri inzibati cərimə edilib:
“Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimini pozduqlarına görə ümumilikdə 7 314 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilib, 26 şəxs isə inzibati qaydada həbs olunub, 1 cinayət işi üzrə 3 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.
Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə 3 nəfər inzibati qaydada həbs, 3 nəfər isə cərimə edilib.
Bir daha vətəndaşlarımızı şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, ünsiyyət zamanı 2 metrlik ara məsafəsi saxlamağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və qərarlarına ciddi riayət etməyə çağırırıq”.