Hadisə 11.04.2020 15:49

DİN müxalifətin iddialarını qərəzli adlandırdı

“Müxalifətdə olan bəzi şəxslər iddia edirlər ki, ölkədə tətbiq edilmiş xüsusi karantin rejimindən sui-istifadə edən polis, cəbhəçiləri, müxalifətçiləri və azad media nümayəndələrini müxtəlif bəhanələrlə həbs edir”.

Rakus.az xəbər verir ki, bunu DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

O, səsləndirilən bu iddiaların qərəzli və şantaj olduğunu bildirib: “İlk növbədə deyim ki, belə iddialarla çıxış edənlər müxalifət nümayəndələri deyil, pozuculuqla, çaşqınlıq yaratmaqla məşğul olan bir qrup şəxsdir ki, bəziləri ölkənin daxilində, bəziləri isə xaricindədir. Onların məqsədi, niyyəti xüsusi karantin rejimi dövründə ictimaiyyətdə çaşqınlıq, vahimə xofu, təşviş yaratmaq, ən əsası da dövlətin bu istiqamətdə həyata keçirdiyi tədbirləri gözdən salmağa cəhddən başqa bir şey deyil. Nə demələrindən asılı olmayaraq dövlət öz vətəndaşının yanındadır, onun sağlamlığının keşiyindədir. O ki, qaldı karantin rejiminə nəzarəti həyata keçirən DİN-in əməkdaşlarının və hərbi qulluqçularının guya bu vəziyyətdən istifadə edərək həmin pozuculara yaxın olan şəxsləri “ovlamaq”larına, bu tamamilə qərəz və şantajdır. Təsəvvür edin ki, təkcə cari ilin mart ayı ərzində xüsusi karantin rejiminin tələblərinin pozulması faktlarına görə 5 cinayət işi üzrə 11 nəfər məsuliyyətə cəlb olunub, 154 nəfər inzibari qaydada həbs edilib, 33 minə yaxın şəxs barəsində digər tənbeh tədbirləri görülüb.

Sual olunur, karantin rejiminin tələblərini pozduğuna görə inzibati qaydada həbs edilmiş 154, barələrində digər tənbeh tədbirləri görülmüş 33 min şəxsdən neçəsi bunların “adamları” olub? Qoy olsun üç nəfər, beş nəfər. Bəs qalanları kimdir?

Siyasi baxışlarından, partiya mənsubluğundan asılı olmayaraq onların hamısı bizim vətəndaşlardır. Karantin rejimini pozan şəxsin hansı peşə sahibi olmasının, hansı siyasi partiyanın üzvü olmasının öz şəxsi sağlamlığını risk ataraq, nəzarəti həyata keçirən polis əməkdaşı üçün heç bir fərqi yoxdur və o, bunu heç ondan soruşmur da.

Mən əminəm ki, pozucu qrup məkrli planına uyğun olaraq, özünün 3-5 nəfər təəssübkeşi qəsdən qaydaları pozur və buna görə də barələrində tam qanuni inzibati cəza tədbiri görülür və onlar da bundan istifadə edərək hakimiyyətə, polisə qarşı qarayaxma kampaniyası aparırlar. Deməli, xüsusi karantin rejimindən polis deyil, məhz polisi günahlandıran həmin qaragüruh sui-istifadə edir.

Bir daha vurğulayıram ki, əqidəsindən, siyasi partiyalara, ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət, yaxud inzibati xəta törətmiş istənilən şəxs qanun qarşısında bərabərdir və yol verdiyi hüquqazidd əmələ görə də cavabdehlik daşıyır”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO