Dini etiqad azadlığını pozan ölkələrin SİYAHISI
Tacikistan və Türkmənistan ABŞ-ın “davamlı olaraq dini etiqad azadlığını pozanlar”ın siyahısına daxil edilib.
Rakus.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo məlumat verib.
Keçmiş Sovet respublikalarından əlavə siyahıya Birma, İran, Çin, Şimali Koreya, Nigeriya, Pakistan, Səudiyyə Ərəbistanı və Eritreya da daxil edilib.
Rusiya isə Komor adaları, Kuba və Nikaraqua ilə birlikdə da “xüsusi müşahidə siyahısı”na daxil edilib. ABŞ Dövlət Departamenti bu ölkələrin hökumətlərinin “dini azadlığın ciddi şəkildə pozulması” ilə məşğul olduqlarını və ya bunlara yol verdiklərini açıqlayıb.
Bildirilir ki, Özbəkistan isə bu il əhəmiyyətli, konkret irəliləyişə görə “hüquq pozucuları” siyahısından çıxarılıb.
Hesabatda çıxarılan nəticələrə əsasən, ABŞ Dövlət katibi müəyyən ölkələrin və təşkilatların “qara siyahı”ya daxil edilməsini, yaxud sanksiya tətbiq edilməsini tövsiyə etmək hüququna malikdir.