“Cənab Prezident İlham Əliyev məsələni gözəl ümumiləşdirdi. Atəşkəs istəyənlər Ermənistana silah göndərir”.
Rakus.az xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “Twitter” səhifəsində yazıb.
“Diplomatiya adı altında işğalı sürdürməyə çalışanların cəhdləri boşa çıxacaq. Qarabağ əvvəl-axır azadlığına qovuşacaq. Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək”, – Prezidentin sözçüsü vurğulayıb.