“Divana uzandı, ehtiraslı hərəkətlər etdi…” - VİDEO
“Vicdan haqqı” serialında canlandırdığı “Larisa” obrazı ilə məşhurlaşan aktrisa Çimnaz Sultanova paylaşımı ilə gündəmə gəlib.
Rakus.az xəbər verir ki, cazibədar aktrisa “Xəzər” televiziyasında yayımlanan “Komedi xanım” layihəsinin çəkilişlərində seksual pozları ilə gündəmi yerindən oynadıb.
Başına sarı rəngli parik taxıb, qara rəngdə dar, dizə qədər uzun və dərin sinə dekolteli libas geyinən Çimnaz divana uzanaraq ehtiraslı hərəkətlər edib.
327 minlik “Instagram” hesabında həmin görüntülərini izləyiciləri ilə bölüşən aktrisanın ünvanına 200-dən çox rəy gəlib.
“Sizinlə nə Roza, nə Xatun, nə də ki Röya yarışa bilər”, “Az qaldı ki ekranı partladasan”, “Fikriniz biz kişiləri öldürməkdir?!”, “Bu işlərin axırı nə olacaq görəsən?”, “Divana yazığın gəlsin, indi sınacaq” kimi, rəylərlə Ç.Sultanovanı şərh yağışına tutublar.
Məşur xanim sənətçi isə yazılanlara heç bir reaskiya verməyib.