Dizel lə işləyən 60 min “Mercedes” xarab çıxdı
“Daimler” şirkəti dizellə çalışan 60,000 “Mercedes” avtomobilin geri çağırır.
Rakus.az xəbər verir ki, bu qərar Almaniya tənzimləyicilərin avtomobilərdə emissiya testini təhrif edən proqram təminatının olduğu aşkar etdikdən sonra verilib. Bu barədə ölkənin Nəqliyyat Nazirliyindən bildirilib.
Ən çox geri çağırılan avtomobil modeli 2012 və 2015-ci illər arası istehsal edilmiş “Mercedes-Benz GLK 220″dir.
“Daimler” şirkəti avtomobillərin geri çağırılması göstərişinin cümə günü verildiyi təsdiq etsə də, bu qərara qarşı appelyasiyaya müaraciə edəcəyini bildirib. Bununla bərabər, şirkət hökumət tənzimləyiciləri ilə əməkdaşlığa davam edəcəyini qeyd edib.
Şirkətin rəqibi “Volkswagen” ABŞ emissiya sınaqlarını təhrif ediyini 2015-ci ildə etiraf etdikdən sonra bu qalmalaq digər avtomobil istehsalçılarına yayılmışdı. Daimler daha öncə dizel mühərriyindən gələn artıq emissiyalı 3 milyon avtomobili geri çağırmışdı.