Dmitri Peskov koronavirusa necə yoluxdu?
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov koronavirusa necə yoluxması barədə danışıb.
Rakus.az xəbər verir ki, D.Peskov “Kommersant” nəşrinə müsahibəsində bildirib ki, həmkarlarından birinin COVID-19 virusuna yoluxduğu məlum olandan sonra o, may ayının ilk günlərindən evdə oturub.
Kremlin sözçüsü qeyd edib ki, xəstəlik bədən ağrıları və yüksək hərarətlə müşahidə olunub.
D.Peskov və həyat yoldaşı evdə müalicə olunmaq qərarı veriblər. Lakin səhhətlərində geriləmə müşayiət edən cütlük xəstəxanaya müraciət etməli olub.
D.Peskov bildirib ki, həkimlər ona ikitərəfli sətəlcəm diaqnozu qoyublar: “COVID-19 qaniçən virusdur. Yaxşı ki, həkimlər koronavirusla mübarizədə artıq təcrübəyə sahibdirlər. Lakin virusun fərdi xüsusiyyətləri ilə bağlı gözlənilməz nəticələr həmişə mümkündür”.
Hazırda Kremlin mətbuat katibinin vəzifələrini onun müavini icra edir.