Dünya 08.11.2019 19:08

Donald Trampın evi hərraca çıxarılıb - FOTO

Prezident Tramp Florida ştatının rəsmi vətəndaşı olduqdan sonra Nyu-York ştatından əlaqələrini kəsir. İndi ABŞ-ın 45-ci prezidentinin uşaqlıq illərini keçirdiyi beş yataqlı ev satışa çıxarılıb. 1940-cı illərdə prezidentin atası Fred Tramp tərəfindən inşa edilən Nyu-Yorkdakı ev bir neçə dəfə sahibini dəyişib. Tramp ailəsi orada 10 il yaşayıb. Prezident isə ömrünün ilk 4 ilini orada keçirib.

Rakus.az xəbər verir ki, Ağ Evin klassik interyerinə köçməzdən əvvəl Birləşmiş Ştatların 45-ci prezidenti Donald Tramp yaşadığı modern “Trump Tower” və Nyu-Yorkda uşaqlıq illərini keçdiyi neo-Tudor üslubunda tikilmiş evlərindən ləzzət alırdı. Gələcək prezident Nyu-Yorkun Kvins məhəlləsindəki bu evdə cəmi 4 il yaşayıb.

Prezidentin atası Fred Tramp Nyu-York şəhərinin daşınmaz əmlak üzrə məşhur iş adamı idi. Onun inşa etdiyi binalar Nyu-York şəhərinə bu günə qədər də yaraşıq verir. Bu ev onlardan fərqli deyildi. Əmlakçı Mişa Haqani: “Onlar burada 1950-ci illərə qədər yaşayıb. Sonra isə bu evi satıb və yaxınlıqdakı başqa evə köçüblər. Onu pəncərədən görmək olar.”

Bu gün Donald Trampın ilk evi yenidən hərraca çıxarılıb. 2016-cı ilin sonunda Haqani şirkəti malikanəni 140 min dollara, 3 ay sonra isə 2 milyon dollardan çox qiymətə satmağa nail olub. Fevral ayında bu ev yenidən bazara çıxarılıb və bu dəfə qiyməti demək olar ki, 3 milyon dollar olub. Lakin satışla bağlı müqavilə hələ də imzalanmayıb. “Mən prezidentin bu evi birdəfəlik almasını istəyərdim. Və biz bu evi satmaqdan qurtarardıq” deyə, Mişa Haqani bildirir.

Evin hazırkı sahibi adının açıqlanmasını istəmir. Lakin həmin şəxsin prezidentlə heç bir əlaqəsi olmadığı məlumdur.

2017-ci ildə evin sahibi “Airbnb” veb səhifəsində evin gecəsini 725 dollara kirayə verirdi. Lakin orada qalan turistlər ev çox köhnə olduğu üçün santexnikanın yararsız olduğunu deyirdi.

Təəccüblü burasıdır ki, bu evin tarixi barədə çox az qonşu xəbərdardır. “Mən burada çox yaxşı bir insanın yaşadığını bilirdim. Lakin o, evi satdl” deyə, qonşulardan biri bildirir.

Lakin bəzi yerli sakinlər evin tarixini bilir. Barbara Paddok: “Ümid edirəm ki, fikir ayrılıqları bir kənara qoyula bilər. Onun prezident olduğu və hər hansı digər prezident kimi tarixdə əbədi qalacağı üçün bura qorunub saxlanmalıdır.”

Bu evin satışı noyabrın 14-nə qədər davam edəcək. Yeni sahibi beş yataq otağı, açıq şüşəbəndi, sobası, böyük kitabxanası və Donald Trampın ailə fotolarının və çıxışlarının surətləri olan evə sahib olacaq.

 

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS