Dünya 19.07.2023 19:42

Adı 4 dəfə dəyişdirilib 4 rayona bölüşdürülən Loru mahalı - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində Əsgər İbrahimovun müəllifliyi ilə Ermənistanın XX əsrin ikinci yarısından başlayaraq adını dəyişdirib erməniləşdirdiyi, Azərbaycanın tarixi məskənlərindən biri – Loru mahalı haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Loru mahalı: son 200 ildə Rusiyanın Qafqazı işğal siyasəti” adlı süjetdə bədxah qonşumuzun etnik təmizləmə siyasətini mahallarımızın adlarına qarşı da apardığını, zaman-zaman beynəlxalq norma və prinsipləri  pozaraq yer-yurd adlarını dəyişdirib, tarixi saxtalaşdırdığı ön plana çəkilir.

Bildirilir ki, Səfəvilər dövlətinin, Qarabağ bəylərbəyliyinin doqquz mahalından biri olan Loru Borçalının cənubda dağlıq hissəsini təşkil etdiyindən ona Dağ Borçalısı da deyirlər: “1918-ci ildə erməni daşnak hökumətinin silahlı qüvvələri qəflətən hücum edərək Loru mahalı ərazisini işğal edir. 1919-cu ilin yanvarında Tiflisdə keçirilən Ermənistan-Gürcüstan konfransında Borçalı qəzası, əslində isə Loru nahiyəsi neytral zona elan edilir. 1920-ci ilin sentyabrında türk qoşunlarının Gümrünü tutmasından narahat olan Gürcüstan hökuməti Loru neytral zonasına nəzarəti üzərinə götürür.

1921-ci ildə isə Gürcüstan və Ermənistan bolşevik hökumətləri arasında Lorunun Ermənistana verilməsi haqqında razılıq əldə edilir. 1922-ci il dekabrın 22-də Vorontsovka bölgəsi də Ermənistanın Loru-Pəmbək qəzasına qatılır. Beləliklə, Ermənistanın inzibati bölgüsündə Loru mahalı 4 rayon- Barana rayonu, Allahverdi rayonu, Cəlaloğlu rayonu və Vorontsovka rayonu şəklində öz əksini tapır. Beləliklə, bölgənin sovetləşməsindən sonra Loru mahalı qədim Azərbaycan torpaqlarında yaradılmış Ermənistan SSR-yə hədiyyə edilir”.

Qeyd olunur ki, indiki Ermənistan ərazisindən Azərbaycan türklərinin ilkin qaçqınlıq dövrü də məhz bu ərazi ilə bağlıdır: “Belə ki, bu tarix 1801-ci ildə Rusiyanın Şərqi Gürcüstanı ilhaq etməsi və bunun nəticəsində Şəmşəddil və Loru-Pəmbək bölgələrinin rusların əlinə keçməsi anından başlanır. 1804-cü ilin yazında İrəvan xanlığının ərazisindən 2 min erməni qaçaraq rusların himayəsinə keçir və onlar Loru-Pəmbək bölgəsində məskunlaşdırılırlar. Sonralar Loru mahalı Tiflis quberniyasının Borçalı qəzasının Loru, Borçalı, Trialet, Yekaterinenfeld nahiyəsindən biri və ən böyüyü kimi mövcud olur. Loru mahalının adı sovet dövründə, keçən əsrin 90-cı illərinə qədər bir neçə dəfə dəyişdirilir və 4 rayon arasında bölüşdürülür: Allahverdi, sonralar Tumanyan, Calaloğlu, sonralar Stepanavan, Barana sonralar Noyemberyan, Vorontsovka, sonralar Kalinino və indiki  Taşir. Hazırda ermənilər Loru mahalını Lori, Tavuş adlandırırlar”.

Süjetin sonunda bildirilir ki, Qərbi Azərbaycanın başqa bölgələri kimi, Loru mahalı da son iki yüz ildə Rusiyanın Qafqazı işğal siyasəti ilə bağlı erməni-hay kimi yaramaz bir etnik toplumun xalqımıza qarşı düşmənçilik hərəkətlərinin hədəfinə çevrildi: “Lakin artıq zaman dəyişir. Bizim hədəfimiz isə tarixi həqiqətləri üzə çıxarmaqla yanaşı, haqq-ədalətin bərpası və tarixi torpaqlarımıza qayıdışdır. Bu qayıdışın vaxtı isə uzaqda deyil”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında iyulun 19-da  saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

 

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO