Səhiyyə 10.04.2020 17:25

“Dövlət başçısının çağırışına məsuliyyətlə yanaşaq” – HƏKİM

“Gidromaşservis” şirkətində çalışan təqaüd yaşlı əməkdaşlar adından Hüseyn Hüseynov vətəndaşlara müraciət edib.

Müraciətinə qədim Roma filosofu Senekanın “Ən sadə nümunə ən alovlu nitqdən daha çox inandırır” müdrik kəlamı ilə başlayan həkim deyir:

“Mən də həkim və təqaüdçü kimi dünyanı və ölkəmizi gərginlikdə saxlayan bu təlatümlü günlərdə vətəndaşlarımıza, Respublika ictimaiyyətinə, özəl şirkət rəhbərlərinə müraciət edirəm.

İllər öncə təqaüdə çıxsam da razılıq əsasında “Gidromaşservis” şirkətində məsləhətçi kimi çalışıram. Bir ənənə olaraq şirkətdə idarəçilikdə, istehsalatda böyük təcrübəsi olan, bu gün də illər boyu qazandıqları bilik və bacarıqlarını tətbiq edən 20 nəfərə qədər təqaüd yaşlı əməkdaş çalışır.

Koronavirus pandemiyası ilə bağlı ölkə Prezidentinin müraciətindən dərhal sonra şirkət rəhbərliyi bu kontingentə fərdi qaydada müraciət etdi və işə çıxmamağı xahiş etdi. Xidmət haqqlarının tam ödəniləcəyi diqqətimizə çatdırıldı. Belə yanaşmanın mənəvi dəstəyindən daha çox, situasiya anında doğru qərar verilməsi faktı olmasını qeyd etmək istəyirəm. Lakin evdə oturmaqla da telefon rejimində təcrübəmiz tələb olunan məqamlarda muzakirələrdə iştirak edir, səmərəli təkliflərimizi əsirgəmirik.

Bu narahat günlərdə şirkət, müəssisə rəhbərlərinə müraciət edirəm. Dövlət başçımızın çağırışına məsuliyyətlə yanaşaq. Mümkün qədər az təmas tələb edən iş şəraiti yaradılmasında töhfənizi əsirgəməyin. Bu bəlaya tezliklə qalib gələ bilməyimiz sizin, bizim, hamımızın məsuliyyətli yanaşmamızdan asılıdır”.

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO