Dövlət Duması Putinə “yaşıl işıq” yandırdı
Rusiyanın Dövlət Duması üçüncü və sonuncu oxunuşda konstitusiyaya düzəlişlərlə bağlı qanunu təsdiq edib.
Rakus.az xəbər verir ki, qərara 383 millət vəkili müsbət səs verib, 43 deputat bitərəf qalıb.
Qanun yüksək vəzifəli rəsmilərin səlahiyyətlərini məhdudlşdırmaqla yanaşı, parlamentin səlahiyyətlərinin artırılması, sosial təzminatlara təminat verilməsi, milli qanunların beynəlxalq razılıqlardan üstün tutulmasını nəzərdə tutur.
Düzəlişlər arasında aşağıdakılar yer alır:
- İkinci Dünya Müharibəsində insanların uğurlarının kiçildilməsinin qarşısının alınması;
- Rusiya Federasiyasının SSRİ-nin davamçısı olması;
- Rusiya Federasiyasının ərazilərinin ayrılmasına çağırış və fəaliyyətin yolverilməzliyi;
- Uşaqlar Rusiya Federasiyasının ən vacib varlığı hesab edilməsi;
- Rusiya xalqına Rusiya üçün “dövlət təsisçisi”, rus dilinə isə dövlət dili kimi baxılması.
Konstitisiyaya Allahın zikr edilməsi də əlavə edilib.
Səsvermədən bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasında olub.
Bundan əvvəl millət vəkili Valentina Tereşkova hazırkı dövlət başçısının prezidentlik müddətini ”sıfırlamağı” təklif edib.
Konstitusiya Məhkəməsi razılaşacağı halda düzəlişin qəbul olunacağını istisna etməyən Putinin çıxışından 15 dəqiqə sonra Dumada səsvermə keçirilib.
Nəticədə sıfırlama ilə bağlı düzəliş təsdiq edilib.
Düzəlişin lehinə 380 nəfər, əleyhinə 43 nəfər (Kommunist Partiyası fraksiyası daxil olmaqla) səs verib. Bir nəfər isə bitərəf qalıb.
Konstitusiyaya dəyişikliklərlə bağlı ümumrusiya səsverməsi aprelin 22-nə təyin edilib. Rusiyada səsvermə həftə sonu bir gün olacaq.