Hərbi 01.04.2019 19:54

Dövlət Komitəsində görüş oldu

Aprelin 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Aprel döyüşləri şəhidlərinin valideynləri və məcburi köçkün jurnalistlərlə görüş keçirilib. Görüşdə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri iştirak ediblər.

Rakus.az xəbər verir ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayev görüşün Aprel döyüşlərinin üçüncü ildönümünə təsadüf etdiyini, bu döyüşlərdə Azərbaycan ordusunun qazandığı zəfərin tarixi hadisə olduğunu, dövlətimizin gücünü, xalqımızın mübarizə əzmini bütün dünyaya göstərdiyini bildirib.

Şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Sonra Dövlət Komitəsinin sədri qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində görülən işlər, bu kateqoriyadan olan vətəndaşların sosial prolemlərinin həlli, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib.

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı ilə bu sahədə işlər daha da sürətləndirilib. İndiyədək məcburi köçkünlər üçün 102 qəsəbə salınıb hazırda yeni yaşayış komplekslərinin inşası davam etdirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın yeni mənzillərin hələ də ən ağır şəraitdə yaşayan məcburi köçkünlərə birinci növbədə verilməsi barədə tapşırığı icra edilir. Bundan başqa, şəhid ailəsi, müharibə əlili və veteranı statusu olan məcburi köçkünlərin də mənzil probleminin həllinə xüsusi diqqət və həssaslıqla yanaşılır. Son vaxtlar Abşeron rayonu ərazisində və Sumqayıtda istifadəyə verilən yaşayış komplekslərində 200-dən çox məcburi köçkün olan şəhid ailəsi yeni mənzillə təmin olunub.

Şəhid valideynləri Seyfəddin Qurbanlı, Nigar Əzizzadə, Ziba Əsgərova bir gün əvvəl Dağlıq Qarabağın ərazisindəki Şıxarx qəsəbəsində Aprel şəhidlərinin şərəfinə keçirilən ağacəkmə aksiyasında iştirak etdiklərindən razılıqla söz açıb, belə bir təşəbbüsə görə Dövlət Komitəsinə minnətdarlıqlarını bildiriblər.

Görüşdə İctimai Şuranın üzvləri Elşad Eyvazlı, Umud Mirzəyev, Emin Həsənli, məcburi köçkün jurnalistlərdən Günay Malikqızı, Zaur Əhməd, Elməddin Muradlı, Namiq Mailov, İmdad Əlizadə çıxış ediblər.

Dövlət Komitəsinin sədri məcburi köçkünlərlə bağlı məsələlərin KİV-də işıqlandırılması ilə bağlı fikirlərini bölüşüb, jurnalistlərin suallarını cavablandırıb.

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO