Dünya 25.11.2019 05:56

Drezdendə 1 milyard avroluq zinət əşyaları oğurlandı

Saksoniyanın mədəniyyət naziri noyabrın 25-də səhər erkən Almaniyada muzeylərin birindən qiymətli daşlar və digər zinət əşyalarının oğurlandığını bildirib.

Rakus.az xəbər verir ki, nazir bunu ‘bütün Saksonların və Saksoniya əyalətinin mədəniyyətinə hücum’ adlandırıb.

Oğrular barokko üslublu Yaşıl Sərdabəyə (Green Vault) daxil olaraq digər əşyalarla birlikdə qiymətli sənət əsərlərini də oğurlayıblar.

Muzey işçiləri jurnalistlərə açıqlamasında muzeydən 18-ci əsrə aid brilyant və yaqutdan olan ən azı üç dəst zərgərlik əşyalarının oğurlandığını söyləyib.

Polis binanı möhürləyib və hələ də əskik olan əşyaları araşdırmağa çalışır.

“Söhbət yalnız maddi dəyərdən deyil, Saksoniya əyaləti üçün qiymətsiz olan mənəvi dəyərdən gedir”, – əyalətin daxili işlər naziri Roland Voller deyib.

Kolleksiya 18-ci əsrdə Fransa Kralı XIV Lui ilə rəqabətinin bir hissəsi olaraq daha parlaq zərgərlik əşyalarını sifariş verən Saksoniya elektoratının üzvü və daha sonra Polşa kralı II Avqust Güclü tərəfindən təsis edilib.

Ən tanınmış zinyət əşyalarından biri olan 41 karatlıq Drezden “Yaşıl almaz”ı oğurluq baş verən zaman Nyu-Yorkdakı Metropolitan İncəsənət Muzeyinə icarəyə verilib.

Drezdendəki digər eksponatlara 18-ci əsrdən bəri Hindistan krallığı məhkəməsinin qızıl, gümüş, mina, qiymətli daşlar və mirvarilərdən işlənmiş masa ölçülü sənət əsəri daxildir.

Kolleksiyaya sarayın zərgəri Yohan Melçir Dinqlinqer tərəfindən hazırlanmış və məleykələrlə bəzədilmiş 1701-ci ilə aid qızıl qəhvə servisi daxildir.

Yaşıl Sərdabənin xəzinəsinə İkinci Dünya Müharibəsində müttəfiqlərin bombardmanı zamanı ziyan dəyməsə də, xəzinə Sovet İttifaqı tərəfindən müharibə qəniməti olaraq götürülmüş və 1958-ci ildə Saksoniya əyalətinin tarixi paytaxtı Drezdenə qaytarılmışdı.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO