Dünya 17.06.2020 19:00

DST: Deksametazonla müalicə faydalıdır

Dünya Səhiyyə Təşkilatı iltihab əleyhinə qlükokortikosteroid deksametazonun koronavirus infeksiyasına yoluxmuş ağır xəstələrinin müalicəsində effektiv olması barədə Oksford Universitetinin apardığı tədqiqatın ilkin nəticələrini alqışlayıb.

Rakus.az xəbər verir ki, tədqiqatçıların sözlərinə görə, deksametazonun istifadəsi ağ ciyərlərin süni nəfəs aparatına qoşulmuş xəstələrdə ölüm hallarını 35 faiz, oksigen müalicəsi alan pasientlərdə isə 20 faiz azaldır.

Dünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus bu metodun ağır koronavirus xəstələrinin ölüm hallarını azaldan ilk müalicə sxemi olduğunu deyib. “Bu əla xəbərdir və mən Böyük Britaniya hökumətini, Oksford Universitetini, həmçinin insan həyatını xilas edən elmi irəliləyişdə əməyi olan Britaniyanın çoxsaylı xəstəxanalarını və pasientləri təbrik edirəm”, – deyə o, bildirib.

1960-cı illərdən bütün dünyada əlçatan olan deksametazonun bir qutusunun qiyməti Böyük Britaniyada 5 funt-sterlinqdir.

Tədqiqatçıların sözlərinə görə, preparat COVID-19 xəstələrində koronavirusun səbəb olduğu immun hiperaktivliyinin orqanizmə vurduğu zərəri azaldır. Xəstələrdə müalicə kursunun 10 gün davam etməsi nəzərdə tutulur.

Deksametazon 2 min xəstə üzərində sınaqdan keçirilib və onların vəziyyəti preparat qəbul etməyən 4 min pasient ilə müqayisə edilib.

Xat;rladaq ki, bir qədər əvvəl Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyi ilə mübarizədə malyariya əleyhinə hidroksixloroxin preparatının istifadəsindən imtina etmiş, lakin onun insan orqanizminə zərəri araşdırıldıqdan sonra sınaqlar bərpa olunmuşdu. Həmçinin koronavirus infeksiyasının virus əleyhinə remdesivir preparatı ilə müalicəsinə də cəhd edilmişdi.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO