Dünya 15.07.2020 21:00

Dubay-Bakı-Dubay marşrutu üzrə uçuşlar başladı

“FlyDubai” aviaşirkəti Dubay-Bakı-Dubay marşrutu üzrə birbaşa uçuşlar həyata keçirir.

Rakus.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinin məlumatına görə, iyulun 14-dən etibarən reyslər həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək. Aviabiletləri aviaşirkətin rəsmi “www.flydubai.com” saytında əldə etmək olar. Bu zaman reyslər xüsusi şərtlərə əsasən həyata keçiriləcək.

Belə ki, Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) giriş qaydalarında edilən dəyişikliklərlə əlaqədar, Bakıdan Dubaya reysdən yalnız ölkəyə giriş üçün əvvəlcədən vizanın alınmasına ehtiyacı olmayan, turizm vizası olan və BƏƏ-də daimi yaşayış icazəsi olan sərnişinlər istifadə edə biləcəklər.

Qeyd olunan sərnişinlər aşağıdakı keçiddən istifadə etməklə giriş icazəsini almaq üçün müraciət etməlidirlər: https://smart.gdrfad.gov.ae/Smart_OTCServicesPortal/ReturnPermitServiceForm.aspx

Digər əmirliklərin rezidentləri aşağıdakı keçiddən istifadə etməklə icazə almalıdırlar: https://smartservices.ica.gov.ae/echannels/web/client/default.html#/login

Giriş icazəsi reysə qeydiyyatdan keçməzdən əvvəl alınmalıdır.

Bundan əlavə, Dubaya gələn bütün sərnişinlər aşağıda qeyd olunan əlavəni yükləməli və qeydiyyatdan keçməlidirlər:

“Android”: https://play.google.com/store/apps/details?id=ae.gov.dha.covid19&hl=en_US

“iOS”: https://apps.apple.com/ae/app/covid19-dxb-smart-app/id1504818399

Dubaydan Bakıya reyslərə aviabiletlər yalnız Azərbaycan vətəndaşları tərəfindən əldə edilə bilər.

Yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus testindən keçən sərnişinlər buraxılacaq. Bununla əlaqədar olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunan, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı genişlənib. Həmin siyahıya “Referans” laboratoriyası, “Leyla” klinikası, “Memorial” klinikası, “Bona Dea” xəstəxanası, “İnci” laboratoriyası, Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi, “Kaspian Hospital”, “UltraLab” daxildir.

BƏƏ-də PCR-testinə dair arayış təqdim edən klinika və laboratoriyalarda müayinədən keçmək olar.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO