“Dünya gözəli-2003” yarışmasının qalibi Rozanna Devison əkiz uşaq dünyaya gətirib.
Rakus.az xəbər verir ki, 36 yaşlı model xoş xəbəri öz sosial şəbəkə hesabında pərəstişkarları ilə bölüşüb.
R.Devison yeni doğulan uşaqlarına Huqo və Oskar adını verib.
“Dünya gözəli-2003” müsabiqəsinin qalibi bundan öncə 14 dəfə ana olmağa hazırlaşsa da, nadir xəstəlik səbəbindən hamiləliyi yarımçıq qalıb.